Ordu.az xəbər verir ki, bu barədə “Axios” nəşri gizli kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.
Məlumata görə, Havana Quantanamo körfəzində yerləşən ABŞ bazasına, Amerika hərbi gəmilərinə və Florida ştatındakı Ki-Uest bölgəsinə zərbələr endirmək imkanlarını nəzərdən keçirir.
ABŞ rəsmilərinin sözlərinə görə, Donald Tramp administrasiyası İran hərbi müşavirlərinin Kubadakı fəaliyyəti və pilotsuz uçuş aparatları sahəsindəki inkişaflar səbəbindən Havananı ciddi təhdid hesab edir.
Amerikalı yüksək vəzifəli rəsmilərdən biri bildirib ki, bu texnologiyaların ABŞ-yə yaxın məsafədə yerləşməsi narahatlıq yaradır.
“Bu, artan təhdiddir”, - deyə mənbə vurğulayıb.
Məlumata görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff Kubaya səfər edərək yerli rəsmiləri hərbi fəaliyyətlərdə iştirak etməməyə çağırıb.
O həmçinin Kuba rəhbərliyini ABŞ sanksiyalarının dayandırılması üçün “totalitar idarəetmədən imtina etməyə” çağırıb.
ABŞ rəsmilərinin iddiasına görə, Kuba 2023-cü ildən etibarən Rusiya və İrandan müxtəlif növ zərbə pilotsuz uçuş aparatları alır və onları strateji məntəqələrdə yerləşdirir.
Qeyd olunub ki, Rusiya və Çin Kubada yüksək texnologiyalı casusluq mərkəzləri saxlayır və burada SIGINT tipli siqnal kəşfiyyatı məlumatları toplanır.
Sevinc Əliyeva
Ordu.az