Ordu.az xəbər verir ki, bu barədə Səudiyyə Mətbuat Agentliyi məlumat yayıb.
Məlumata görə, tərəflər Suriyadakı son vəziyyəti və ölkədə sabitliyin qorunması yollarını müzakirə ediblər.
Şahzadə Feysəl ilə Barakın görüşü ABŞ səfirinin Dəməşqdə Suriya Prezidenti Əhməd əş-Şaraa ilə keçirdiyi görüşdən bir gün sonra baş tutub.
Suriya Prezident Administrasiyasının məlumatına görə, Barak ilə keçirilən danışıqlarda Suriya və regiondakı son hadisələr, həmçinin ABŞ ilə Suriya arasında “iqtisadi əməkdaşlığın gücləndirilməsi yolları” müzakirə olunub.
Qeyd edilib ki, Səudiyyə Ərəbistanı ilə Suriya arasında münasibətlər 2024-cü ilin dekabrında Bəşər Əsədin devrilməsindən sonra yaxşılaşmağa başlayıb.
2025-ci ilin əvvəlində Suriya Prezidenti Əhməd əş-Şaraa yeni lider statusunda ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib.
2025-ci ilin mayında isə Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ABŞ Prezidenti Donald Trampı Suriyaya qarşı tətbiq edilən Amerika sanksiyalarını ləğv etməyə razı salıb və Tramp ilə Əhməd əş-Şaraanın Krallıqda görüşünə şərait yaradıb.
Sevinc Əliyeva
Ordu.az