Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
İranın Məsləhət Şurasının üzvü olan Vilayəti sosial şəbəkədə paylaşım edərək ABŞ Prezidenti Donald Trampın Pekində apardığı “nəticəsiz diplomatiya”nın və Çindən “əliboş” qayıtmasının Vaşinqtonda mövcud olan “hesablama böhranı”nı əks etdirdiyini qeyd edib.
Vilayəti həmçinin İsrailin Baş naziri Benyamin Netanyahunun BƏƏ-yə gizli səfəri ilə bağlı xəbərlərin Əbu-Dabidə narazılıq yaratdığını və Pentaqonun “təhrif olunmuş məlumatlar yaymasını” ABŞ-dəki böhranın digər nümunələri kimi göstərib.
“Belə şəraitdə Trampın Təl-Əvivin təxribatları ilə səsləndirdiyi təhdidlər strateji tələyə düşmək deməkdir. İsrail bunun bədəlini ağır ödəməlidir. Vaşinqton tezliklə Qərbi Asiyada nüfuzunun qalıqlarını əlində fənərlə axtarmağa məcbur olacaq”, - deyə Vilayəti bildirib.
Sevinc Əliyeva
Ordu.az