İsrailin Livana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 3 min nəfərə yaxınlaşır

2026/05/1778958917.jpg
Oxunub: 396     18:34     17 May 2026    
Martın 2-dən İsrail Müdafiə Ordusunun Livana endirdiyi zərbələr nəticəsində 2988 nəfər həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyinin "X" sosial şəbəkə hesabında yayılan bəyanatında deyilir.

"Martın 2-də hərbi eskalasiyanın başlamasından bəri öldürülən vətəndaşların ümumi sayı 2 988-ə, yaralıların sayı isə 9 210-a çatıb", - qurumun bəyanatında bildirilir.

Qeyd olunur ki, son sutka ərzində Livanda İsrail Hərbi Hava Qüvvələrinin ölkənin cənub və cənub-şərq bölgələrinə endirdiyi zərbələr zamanı azı 37 nəfər həlak olub, daha 222 nəfər isə yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin