Ordu.az xəbər verir ki, bu barədə TASS agentliyinə onun vəkili Denis Baluyev məlumat verib.
İvanova ümumilikdə 1,3 milyard rubldan çox məbləğdə xüsusilə külli miqdarda rüşvət alma, xüsusilə külli miqdarda çirkli pulların yuyulması, həmçinin silahın qanunsuz saxlanılması və hazırlanması ilə bağlı ittihamlar irəli sürülüb.
“Məhkəmə İvanova anası və həyat yoldaşı ilə görüş və telefon zəngləri etməyə icazə verib”, - deyə vəkil bildirib.
Məlumata görə, 2026-cı il aprelin 24-də Moskvanın Simonovski məhkəməsi Timur İvanovun ikinci cinayət işi üzrə məhkəmə baxışına başlayıb.
Artıq məhkum olunmuş keçmiş Müdafiə Nazirliyi rəsmisi ilə yanaşı, iş adamı Aleksandr Fomin də təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxıb.
Fomin istintaq mərhələsində xidmət himayəsinə görə rüşvət verməkdə günahını etiraf edib.
İstintaqla əməkdaşlıq barədə razılıq əldə etmiş üçüncü fiqurant Sergey Borodinin işi ayrıca icraata ayrılıb və materiallarla tanışlıq başa çatdıqdan sonra məhkəməyə göndəriləcək.
Bildirilir ki, 300-dən çox cildi əhatə edən ikinci cinayət işinin materialları ilə tanışlıq sənədi Timur İvanov və müdafiə tərəfi tərəfindən təxminən bir ay əvvəl imzalanıb.
İvanova qarşı yekun ittihamlar xüsusilə külli miqdarda üç epizod üzrə rüşvət alma, çirkli pulların yuyulması, eləcə də silahın qanunsuz saxlanılması və hazırlanması maddələri ilə irəli sürülüb.
Sevinc Əliyeva
Ordu.az