Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məhkəmənin mətbuat katibi Orian Maye jurnalistlərə açıqlamasında bildirib ki, İsrailin “Haaretz” qəzetində dərc olunan məlumat həqiqəti əks etdirmir.
Onun sözlərinə görə, məhkəmə “Fələstin dövlətində yaranmış vəziyyətlə bağlı yeni həbs orderlərinin verilməsi” iddialarını rədd edir.
İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant barəsində həbs orderlərinin 2024-cü ilin noyabrında verildiyi xatırladılıb.
Bu, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanın 2024-cü ilin mayında həmin orderlərin verilməsi üçün ictimai müraciət etməsindən sonra baş verib.
Həmin vaxt Xan bildirmişdi ki, hər iki şəxs Qəzza müharibəsi zamanı İsrailin hərəkətləri ilə bağlı hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlərə görə məsuliyyət daşıyır.
Məhkəmənin əvvəlcə HƏMAS qruplaşmasının bir sıra yüksəkvəzifəli nümayəndələri barəsində də həbs orderləri verdiyi, lakin onların İsrail tərəfindən öldürülməsindən sonra həmin orderlərin ləğv edildiyi qeyd olunub.
Sevinc Əliyeva
Ordu.az