Gitanas Nauseda: “Litva Hörmüz boğazına yalnız ABŞ və İran arasında sülh bərqərar olduqdan sonra missiya göndərəcək”

2026/05/1779027152.jpg
Oxunub: 427     18:13     17 May 2026    
Litva Prezidenti Gitanas Nauseda bildirib ki, Litva hərbçiləri yalnız ABŞ və İran arasında sülh əldə olunacağı təqdirdə Hörmüz boğazında missiyaya göndərilə bilər.

Ordu.az xəbər verir ki, bu barədə “Delfi” məlumat yayıb.

“Mən hesab etmirəm ki, hərbçilərimiz münaqişə şəraitində iştirak etməlidirlər və bu bizim planlarımıza daxil deyil. Məqsəd İran və ABŞ arasında razılıq əldə edildikdən sonra təhlükəsiz gəmiçiliyin təmin olunmasıdır. Buna görə də bu, əsasən sülh şəraitində baş verməlidir”, - deyə Nauseda Kedaynyay şəhərində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Litvanın Hörmüz boğazında planlaşdırılan missiyalara həm ABŞ, həm də Böyük Britaniya tərəfdən qoşulması imkanları nəzərdən keçirilir.

“Biz imkanlarımızı, ilk növbədə mina təmizləmə imkanlarımızı təqdim etməyə hazırıq və həm Böyük Britaniyanın, həm də ABŞ-nin təşəbbüslərində iştirak etməyə çevik şəkildə hazırıq”, - deyə Litva lideri vurğulayıb.

Nauseda qeyd edib ki, planlaşdırma işləri başa çatdıqdan və missiyanın konkret konturları müəyyənləşdikdən sonra iştirak məsələsi daha ətraflı müzakirə ediləcək.

O əlavə edib ki, Litva Dövlət Müdafiə Şurası artıq müvafiq qərarı qəbul edib və indi yalnız Litva parlamentinin təsdiqi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   Nauseda   Hörmüz  


Bizi "telegram"da izləyin