Ordu.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.
Peskov bildirib ki, Moskvada dialoqun bərpasını sadə məsələ hesab edirlər və bunun üçün Brüsselin istəyinin olması kifayətdir.
“Ruslarla nə vaxtsa danışmalı olacaqları barədə dəyişiklik yaxşı haldır”, - deyə Peskov jurnalist Pavel Zarubinə bildirib.
Rusiya Prezidentinin mətbuat katibi qeyd edib ki, Vladimir Putin avropalılar üçün “telefon dəstəyi qədər yaxındır”.
Lakin onun sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makron son bir neçə ildə zəng edəcəyinə söz versə də, bunu etməyib.
“Ümid edirik ki, orada praktiki yanaşma qalib gələcək. Rusiya tərəfi buna hazır olacaq”, - deyə Kremlin nümayəndəsi əlavə edib.
Sevinc Əliyeva
Ordu.az