Ordu.az xəbər verir ki, İsmayıl Bəqai bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, ABŞ və İsrail “başqalarını özünün etdiyində günahlandır” prinsipini həyata keçirməyə çalışır.
Bəqai bildirib ki, məhz ABŞ və İsrailin hərəkətləri perspektivli diplomatik prosesləri məhv edib.
“Onların qanunsuz “seçmə müharibəsini” əsaslandırmaq üçün istifadə etdikləri növbəti böyük yalan guya “qlobal enerji bazarlarında sülh və sabitliyi qoruduqları” iddiasıdır”, - deyə o yazıb.
Sözçü qeyd edib ki, əslində ABŞ və İsrail rejimlərinin düşünülməmiş müharibə təhrikçiliyi böyük vədlər verən diplomatik prosesləri dağıdıb və İrana qarşı səbəbsiz hərbi təcavüz vasitəsilə həyati əhəmiyyətli enerji marşrutlarının təhlükəsizliyi üçün qəsdən təhdid yaradıb.
Onun sözlərinə görə, bundan sonra isə İranı sabitliyi pozmaqda ittiham etməyə çalışırlar ki, Gebbelsin məşhur ifadəsini həyata keçirsinlər.
“Bu, onların adi və riyakar davranışıdır: böhran və müharibə yaratmaq, daha sonra isə “sabitliyin bərpası” və “sülhün qorunması” şüarları altında eskalasiyanı davam etdirmək”, - deyə Bəqai vurğulayıb.
Sonda o, Tasitin “Aqrikola” əsərindən sitat gətirib: “Onlar səhraya çevirdikləri yeri sülh adlandırırlar”.
Sevinc Əliyeva
Ordu.az