“Al Arabiya”: BƏƏ-də atom elektrik stansiyası yaxınlığında PUA-nın hücumu nəticəsində yanğın baş verib

2026/05/1779026479.jpg
Oxunub: 436     17:50     17 May 2026    
BƏƏ hakimiyyəti Əbu-Dabinin Əl-Dafra rayonunda yerləşən “Barakah” Atom Elektrik Stansiyasının yaxınlığında pilotsuz uçuş aparatının zərbəsi nəticəsində elektrik generatorunda yanğın baş verdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Al Arabiya” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Əbu-Dabi administrasiyasının mətbuat xidmətinin bəyanatına görə, fövqəladə hallar xidmətləri hadisəyə operativ reaksiya verib və insident nəticəsində xəsarət alanların olmadığı təsdiqlənib.

Bəyanatda qeyd olunub ki, hadisə radiasiya təhlükəsizliyi səviyyəsinə təsir göstərməyib.

Hakimiyyət orqanları əlavə edib ki, bütün ehtiyat tədbirləri görülüb və əlavə məlumat daxil olduqca yeni açıqlamalar veriləcək.

Federal Nüvə Tənzimləmə İdarəsi (FANR) bildirib ki, yanğın atom elektrik stansiyasının təhlükəsizliyinə və əsas sistemlərinin hazırlıq vəziyyətinə təsir göstərməyib.

Qeyd olunub ki, obyektin bütün bölmələri normal rejimdə fəaliyyətini davam etdirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   AES   PUA  


Bizi "telegram"da izləyin