İranlı general ABŞ-ni yeni zərbələrlə hədələyib

2026/05/1779025865.jpg
Oxunub: 429     17:50     17 May 2026    
İran Silahlı Qüvvələrinin yüksəkvəzifəli nümayəndəsi, briqada generalı Əbülfəzl Şekarçi Vaşinqtona sərt xəbərdarlıq edib.

Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Məlumata görə, general ABŞ Prezidenti Donald Trampın İrana qarşı səsləndirdiyi təhdidlərə cavab olaraq bildirib ki, İran əleyhinə hər hansı yeni təcavüz Vaşinqton üçün əvvəlkindən daha ağır nəticələr doğuracaq.

Şekarçi jurnalistlərin ABŞ prezidentinin davamlı təhdidləri ilə bağlı suallarını cavablandırarkən deyib: “İrana qarşı üçüncü məcburi müharibədə ABŞ-nin rüsvayçılığını kompensasiya etmək üçün ediləcək hər hansı axmaqlığın təkrarı ABŞ üçün daha dağıdıcı və ciddi zərbələrdən başqa heç nəyə gətirib çıxarmayacaq”.

O qeyd edib ki, əgər təhdidlər reallaşarsa və İran İslam Respublikasına qarşı yeni təcavüz həyata keçirilərsə, ABŞ-nin aktivləri və silahlı qüvvələri yeni, hücum xarakterli və gözlənilməz ssenarilərlə qarşılaşacaq.

İranlı general ABŞ-nin “özünün yaratdığı bataqlığa daha da batacağını” bildirib və bunun Donald Trampın “avantürist siyasətinin birbaşa nəticəsi” olduğunu vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin