İranın xarici işlər naziri BRICS potensialından qlobal idarəetmənin yenidən qurulması üçün istifadə etməyə çağırıb

2026/05/1779008971.jpg
Oxunub: 421     13:07     17 May 2026    
İranın xarici işlər naziri Abbas Əraqçi BRICS-in potensialından qlobal idarəetmənin yenidən qurulması və çoxtərəfliliyə etimadın bərpası üçün istifadə olunmasına çağırış edib.

Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

BRICS-ə üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirak etmək məqsədilə Hindistana səfər edən Əraqçi sosial şəbəkə hesabında bildirib ki, tədbir çərçivəsində Hindistan, Rusiya, Malayziya, Cənubi Afrika, Misir, Braziliya və Tailanddan olan həmkarları ilə “konstruktiv və faydalı” ikitərəfli görüşlər keçirib.

İranın xarici işlər naziri həmçinin Hindistanın baş naziri və milli təhlükəsizlik üzrə müşaviri ilə “iki dəyərli görüş” keçirdiyini və bu görüşlər zamanı məsələlərin ətraflı müzakirə olunduğunu bildirib.

Əraqçi BRICS sammitində etdiyi çıxışlara toxunaraq qeyd edib ki, üç ayrı çıxışında “İran xalqının son məcburi müharibələrdə göstərdiyi cəsarət və qürurlu müqavimət” barədə danışıb.

O, həmçinin “BMT Təhlükəsizlik Şurasının ABŞ-nin aqressiv və birtərəfli addımlarının qarşısını almaqda səmərəsiz olduğunu” vurğulayıb və İranın “dünyanın bütün qitə və regionlarının maraqlarını həqiqətən təmsil edəcək mexanizm yaratmağa çalışdığını” bildirib.

“Biz hesab edirik ki, BRICS-in potensialından qlobal idarəetməyə və çoxtərəfliliyə etimadın bərpası üçün istifadə edilməlidir”, - deyə Əraqçi qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   BRICS  


Bizi "telegram"da izləyin