Ordu.az xəbər verir ki, 2026-cı il mayın 15-də açıqlanan sabit qiymətli təşviq müqaviləsinin 2028-ci il iyunun 30-dək tamamlanması planlaşdırılır.
Müqavilə Miçiqan ştatındakı Detroit Arsenalında fəaliyyət göstərən ABŞ Quru Qoşunlarının Müqavilə Komandanlığı tərəfindən verilib.
Məlumata görə, sifariş ABŞ ordusunun “Stryker” Briqada Döyüş Qruplarında istifadə olunan texnika parkının modernizasiya proqramının bir hissəsidir.
Təhvil veriləcək texnikalar mina və əldəqayırma partlayıcı qurğulara qarşı daha yüksək qoruma təmin edən “Double V-Hull” gövdə quruluşuna və A1 konfiqurasiyasına sahib olacaq.
“Double V-Hull” dizaynı partlayış enerjisini ekipajdan uzaq istiqamətləndirərək xüsusilə mina və əldəqayırma partlayıcı qurğulara qarşı şəxsi heyətin sağqalma ehtimalını artırır.
Bu gövdə konsepsiyası İraqdakı döyüş təcrübəsindən sonra hazırlanıb və 2011-ci ildən etibarən xidmətə qəbul olunub.
A1 modernizasiya paketi mühərrik, asqı sistemi, elektrik infrastrukturu və ekipaj sistemlərində həyata keçirilən yeniləmələrlə platformanın xidmət müddətini uzatmağı və əməliyyat etibarlılığını artırmağı hədəfləyir.
Bu yanaşma ABŞ ordusunun mövcud texnikaları tamamilə dəyişmək əvəzinə mərhələli modernizasiya ilə xidmətdə saxlamaq strategiyasının bir hissəsi hesab olunur.
Səkkiz təkərli “Stryker” zirehli texnikaları ağır zirehli birliklərlə yüngül piyada birlikləri arasında balans yaradan orta sinif həll kimi qiymətləndirilir.
Platforma şəxsi heyət daşıyıcısı variantı ilə yanaşı, 30 mm top daşıyan atəş dəstəyi versiyası, tank əleyhinə raket daşıyıcısı, komanda-idarəetmə texnikası, mühəndis texnikası və tibbi təxliyə versiyası kimi müxtəlif konfiqurasiyalarda istifadə olunur.
2002-ci ildən xidmətdə olan “Stryker” ailəsi İraq, Əfqanıstan və Avropadakı əməliyyatlarda geniş şəkildə tətbiq edilib.
Yeni sifariş ABŞ ordusunun yaxın illərdə də “Stryker” platformasını əsas təkərli zirehli texnika həlli kimi istifadə etməyə davam edəcəyini göstərir.
Sevinc Əliyeva
Ordu.az