Eyni zamanda İsrail elan olunmuş atəşkəsə baxmayaraq Livan ərazisinə zərbələr endirməyə davam edir ki, bu da atəşkəs rejiminin faktiki pozulması kimi qiymətləndirilir. Ümumilikdə region uzunmüddətli eskalasiya vəziyyətində qalır və vəziyyətin daha da gərginləşməsi riski davam edir.
Ordu.az bazar günü səhər saatlarına olan əsas hadisələrin xülasəsini təqdim edir.
- ABŞ Prezidenti Donald Tramp Fransanın BFMTV telekanalına müsahibəsində bildirib ki, yaxın gələcəkdə sülh sazişi imzalanmasa, İranı “çox ağır dövr” gözləyir.
“Onlar razılığa gəlməkdə maraqlıdırlar”, - deyə Tramp qeyd edib.
- Cümə günü Livanın cənubunda “Hizbullah” hərəkatına məxsus pilotsuz uçuş aparatının hücumu nəticəsində İsrail ordusunun zabiti, “Qolani” briqadasının 12-ci batalyonunun taqım komandiri həlak olub.
Rekanati Livanın cənubunda atəşkəs qüvvəyə mindikdən sonra ölən yeddinci İsrail hərbçisi, İranla müharibə fonunda hərbi əməliyyatların intensivləşdiyi dövrdən etibarən isə 20-ci hərbçi olub.
- İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf “X” sosial şəbəkəsində bildirib ki, dünya yeni nizamın astanasındadır.
“Prezident Si Cinpinin dediyi kimi, “əsrdə görünməmiş dəyişikliklər bütün dünyada sürətlənir” və mən vurğulayıram ki, İran xalqının 70 günlük müqaviməti bu dəyişiklikləri daha da sürətləndirib. Gələcək Qlobal Cənuba məxsusdur”, - deyə Qalibaf yazıb.
- ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində İran bayrağı fonunda hazırlanmış müəmmalı görüntüsünü yayımlayıb.
Süni zəka vasitəsilə yaradılmış görüntüdə Tramp böyük gəminin göyərtəsində dayanıb. Arxa planda İran bayrağı olan başqa bir gəmi əks olunub.
Şəklin üzərində “Fırtınadan əvvəl sakitlik idi” sözləri yazılıb.
Sevinc Əliyeva
Ordu.az