Türkiyədə qəzaya uğrayan PUA Ukraynaya məxsus PUA olub

2026/05/1778996481.jpg
Oxunub: 450     09:40     17 May 2026    
Türkiyənin sahil şəhəri Samsunda qəzaya uğrayan pilotsuz uçuş aparatının Ukraynaya məxsus “Maya” tələ pilotsuz uçuş aparatı olduğu bildirilib.

Ordu.az xəbər verir ki, bu barədə “Dogru Haber” məlumat yayıb.

Hadisə nəticəsində bəzi evlərin dam örtükləri və pəncərələri zədələnib.

Məlumata görə, pilotsuz uçuş aparatı Krım və ya Krasnodar vilayətinə qarşı hücum zamanı marşrutdan yayınmış ola bilər.

Bildirilir ki, bu, texniki nasazlıq və ya Rusiya radioelektron mübarizə sistemlərinin təsiri nəticəsində baş verə bilərdi.

Ərazinin təhlükəsizliyini təmin edən qruplar qəzaya uğradığı ehtimal olunan və təxminən 25 kiloqram ağırlığında olan pilotsuz uçuş aparatının qalıqlarını toplayıblar.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PUA  


Bizi "telegram"da izləyin