Ordu.az xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.
Narendra Modi şənbə günü Niderlandda yaşayan hind diasporu qarşısında çıxışı zamanı qlobal iqtisadiyyatın vəziyyəti ilə bağlı ən sərt xəbərdarlıqlarından birini edib. O bildirib ki, yoxsulluğa qarşı mübarizədə son onilliklər ərzində əldə olunan nailiyyətlər qlobal böhranların dayandırılmaması halında ciddi təhlükə altına düşəcək.
“Dünya yeni çağırışlarla üz-üzədir”, - deyə Modi Haaqada keçirilən ictimai tədbirdə çıxışı zamanı bildirib.
ABŞ və İsrailin İran əleyhinə hücumlarından sonra xüsusilə neftlə zəngin Qərbi Asiya bölgəsində davam edən qarşıdurmalara toxunan Modi cari onilliyi “dərinləşən fəlakətlər dövrü” kimi xarakterizə edib.
“Əvvəlcə koronavirus pandemiyası başladı, sonra müharibələr başladı, indi isə enerji böhranı yaranıb. Bu onillik bütün dünya üçün fəlakətlər onilliyinə çevrilir”, - deyə o bildirib.
Modi fəaliyyətsizliyin nəticələri ilə bağlı da açıq xəbərdarlıq edib.
“Əgər vəziyyət təcili şəkildə dəyişməsə, son onilliklərin nailiyyətləri sıfırlanacaq və dünya əhalisinin böyük hissəsi yenidən yoxsulluq həddinə düşəcək”, - deyə Hindistanın baş naziri vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az