Ordu.az xəbər verir ki, o, ABŞ-nin yaranmış vəziyyətdən çıxmaq üçün yaxşı variantının olmadığını deyib.
Alan Eyr qeyd edib ki, Çin İranın təklif etdiyi kimi boğazdan keçid üçün ödəniş etmək istəməsə də, Çin gəmilərinə və yüklərinə su yolu ilə sərbəst keçid verildiyi halda Pekin “ödəniş toplama sistemindən imtina etməkdə daha az maraqlı olacaq”.
“Praktiki baxımdan hesab etmirəm ki, ABŞ və Çin arasında bu yaxınlarda keçirilən ikitərəfli sammit İran üzərində təzyiqin artırılması ilə nəticələnəcək. Məqsəd isə İranın yeni sistemi vasitəsilə boğaza nəzarəti təmin etməsidir”, - deyə Eyr əlavə edib.
Sevinc Əliyeva
Ordu.az