Livan ərazisində İsrail ordusunun taqım komandiri öldürülüb

2026/05/1778995854.jpg
Oxunub: 593     09:25     17 May 2026    
Cümə günü Livanın cənubunda “Hizbullah” hərəkatına məxsus pilotsuz uçuş aparatının hücumu nəticəsində İsrail ordusunun zabiti həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Bildirilib ki, ölən zabit 24 yaşlı Maoz İsrael Rekanati olub. O, “Qolani” briqadasının 12-ci taborunda taqım komandiri vəzifəsində xidmət edib.

Rekanati Livanın cənubunda atəşkəsin qüvvəyə minməsindən etibarən həlak olan yeddinci İsrail hərbçisi, İranla müharibə fonunda hərbi əməliyyatların intensivləşdiyi dövrdən bəri isə 20-ci hərbçi olub.

Baş nazir Benyamin Netanyahu bildirib ki, Rekanati təxminən bir ay sonra evlənməli idi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   İsrail  


Bizi "telegram"da izləyin