Nigeriyada silahlı dəstə 50-dən çox uşağı oğurlayıb

2026/05/1778995823.jpg
Oxunub: 426     09:22     17 May 2026    
Nigeriyanın şimal-şərqində yerləşən bir şəhərdəki üç məktəbdən silahlı dəstə tərəfindən 50-dən çox uşağın oğurlandığı bildirilir.

Ordu.az xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.

Məlumata görə, itkin düşən uşaqların əksəriyyəti 2-5 yaş arasındadır.

Şahidlər bildiriblər ki, cümə günü səhər Borno ştatının Musa şəhərində baş verən hücum zamanı şübhəlilər qaçarkən uşaqlardan canlı sipər kimi istifadə ediblər. Onlar motosikletlərlə ərazidən uzaqlaşaraq təhlükəsizlik qüvvələrinin atəş açmasına mane olublar.

Hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Cənubi Borno senatoru Əli Ndume şənbə günü yaydığı açıqlamada ən azı 42 uşağın iki məktəbdən oğurlandığını bildirib.

Uşaqlar şəhərdə yerləşən dövlət gündüz orta məktəbindən, Musa Mərkəzi İbtidai Məktəbindən və Ümumi Əsas Təhsil Dövlət Şurasının (SUBEB) orta məktəbindən oğurlanıblar.

Bəzi məlumatlara görə, hücumlar bölgəyə nəzarət uğrunda rəqibi olan “Qərbi Afrika Vilayətinin İslam Dövləti” (ISWAP) qruplaşmasına qarşı mübarizə aparan “Boko Haram” qruplaşması tərəfindən həyata keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nigeriya   Silahlı-dəstə  


Bizi "telegram"da izləyin