Ordu.az-ın məlumatına görə, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, martın 2-də hərbi eskalasiyanın başlamasından bəri həlak olan mülki şəxslərin ümumi sayı 2969-a, yaralıların isə 9112-yə çatıb.
Səhiyyə Nazirliyi qeyd edib ki, İsrail təyyarələri və dronları cənubdakı Nəbatiyə və Səydə əyalətlərindəki yerüstü hədəflərə hücum etməyə davam edir, buna görə də itki və yaralananların sayı arta bilər.
Ordu.az