İsveç saxlanılan "Sea Owl I" tankerinin heyət üzvünün işini araşdırır

2026/04/1776778894.jpg
Oxunub: 416     22:49     16 May 2026    
İsveç Prokurorluğu 12 martda ölkənin ərazi sularında saxlanılan "Sea Owl I" tankerinin heyət üzvünə qarşı yeni istintaqa başlayıb.

Ordu.az-ın İsveç Sahil Mühafizəsinə istinadən məlumatına görə, o, saxta sənədlərdən istifadə etməkdə şübhəli bilinərək saxlanılıb.

Martın 12-də Sahil Mühafizəsinin əməkdaşları saxta bayraqdan istifadə etməkdə şübhəli bilinən gəmiyə minib. 228 metr uzunluğundakı "Sea Owl I" tankeri 2007-ci ildə inşa edilib və son illər Rusiya ilə Braziliya arasında neft məhsulları daşıyıb.

Gəmi Santosdan gəlib və yüksüz Primorska gedirmiş. Qeyd olunur ki, tanker Aİ-nin sanksiyalarına məruz qalıb, Kamerun bayrağı altında üzüb, lakin həmin ölkənin hakimiyyəti onun mənşəyini təsdiqləməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   Sea-Owl-I  


Bizi "telegram"da izləyin