Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, bəzi hallarda silah qiymətləri son iki ildə 50 faizdən çox artıb, NATO müttəfiqləri isə hərbi xərcləri artırır.
“Qiymətlər artır. Mən ölkəmin silahlanma üzrə direktoru ilə daim danışıqlar aparıram”, - deyə Pevkur şənbə günü Tallində keçirilən Lennart Meri təhlükəsizlik konfransında iştirakçılara bildirib.
Agentliyin məlumatına görə, silah qiymətlərinin kəskin artması ilə yaranan vəziyyət NATO üçün müdafiə xərcləri baxımından problem yaradıb, çünki Avropa sürətlə yenidən silahlanmaq zərurəti ilə üzləşib.
Sevinc Əliyeva
Ordu.az