Ordu.az xəbər verir ki, bu barədə rəsmi Milli Xəbər Agentliyi (NNA) məlumat yayıb.
Məlumata görə, Mərakə qəsəbəsində əl-Bas yolunun yaxınlığındakı Həmadiyə bölgəsinə hava zərbəsi endirilib.
Hauş-Tirə endirilən başqa bir zərbə nəticəsində bir neçə nəfər ölüb və yaralanıb, evlərə də ciddi ziyan dəyib.
Ölənlərin dəqiq sayı hələlik məlum deyil.
Nəbatiyyə vilayətinin Quseyba qəsəbəsinə də pilotsuz uçuş aparatı ilə zərbə endirilib, Zəvtaş-Şərqiyyəyə hava zərbələri vurulub.
Media orqanlarının məlumatına görə, Məzrəət əl-Həmsra istiqamətində Yəmur əş-Şakifə doğru, eləcə də Nəbatiyyə əl-Fövqa yaxınlığındakı Əli əl-Tahir meşəsi istiqamətində artilleriya zərbələri endirilib.
Sevinc Əliyeva
Ordu.az