FT: NATO baş katibi Avropanın ən böyük müdafiə şirkətlərinin rəhbərləri ilə görüşəcək

2026/05/1778692614.jpg
Oxunub: 502     22:48     16 May 2026    
NATO-nun baş katibi Mark Rütte gələn həftə Brüsseldə Avropanın ən böyük müdafiə şirkətlərinin rəhbərləri ilə görüşəcək və onları investisiyaları artırmağa, silah istehsalını genişləndirməyə çağıracaq,.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Nəşrin məlumatına görə, NATO Avropanın hərbi potensialını gücləndirməyə və ABŞ Prezidenti Donald Trampa müttəfiqlərin müdafiə xərclərini artırmağa hazır olduqlarını göstərməyə çalışır.

Görüşdən əvvəl şirkətlərdən iri investisiya layihələri və istehsalı sürətlə genişləndirmək imkanları barədə məlumat təqdim etmələri istənilib. Xüsusilə hava hücumundan müdafiə və uzaqmənzilli raketlər sahəsi diqqət mərkəzində olacaq.

Qeyd olunub ki, görüşdə “Rheinmetall”, “Safran”, “Airbus”, “Saab”, MBDA və “Leonardo” şirkətlərinin nümayəndələrinin iştirakı gözlənilir.

“Financial Times”ın məlumatına görə, NATO Avropa silah istehsalçılarının yeni iri dövlət sifarişlərini gözləmədən daha aktiv şəkildə investisiya qoymasını istəyir.

Əsas mövzulardan biri də Avropanın uzaqmənzilli raketlər, hava hücumundan müdafiə sistemləri və kəşfiyyat imkanları baxımından ABŞ-dən asılılığı olacaq. Xüsusilə Almaniya, Pentaqonun Avropada öz silah sistemlərini yerləşdirmək planlarından imtina etməsindən sonra amerikalı “Tomahawk” qanadlı raketlərini almağa çalışır.

Nəşr həmçinin bildirib ki, NATO alyansın iyul sammitində Ankarada müdafiə xərclərinin artırılması ilə bağlı konkret nəticələr təqdim etməyi planlaşdırır.

NATO-nun qiymətləndirməsinə görə, Avropalı müttəfiqlər müdafiəyə ÜDM-nin 5 faizini xərcləmək məqsədinə çatsa, bu, 2035-ci ildə 2024-cü illə müqayisədə ildə əlavə 1 trilyon dollarlıq müdafiə xərci demək olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rütte   Avropa  


Bizi "telegram"da izləyin