"WUF13Azerbaijan": Bakı foruma hazırdır

2026/05/1778957282.jpg
Oxunub: 467     21:55     16 May 2026    
Bakı şəhəri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına hazırdır.

Ordu.az xəbər verir ki, bu barədə "WUF13Azerbaijan"ın "X" sosial şəbəkə hesabında məlumat və video paylaşılıb.

"Bakı hazırdır. Hər şey hazırdır. Dünya WUF13-də birləşir. Sabah ideyalar, şəhərlər və icmalar şəhər həyatının gələcəyini formalaşdırmaq üçün Azərbaycanda bir araya gələcəklər", - paylaşımda bildirilib.

Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: WUF13Azerbaijan   Bakı   Forum  


Bizi "telegram"da izləyin