Londonda keçirilən etiraz aksiyaları zamanı 31 nəfər saxlanılıb

2026/04/1776618718.jpg
Oxunub: 445     21:08     16 May 2026    
Londonda keçirilən iki etiraz aksiyasında saxlanılanların sayı 31-ə çatıb.

Ordu.az-ın məlumatına görə, bu barədə London polisinin mətbuat xidməti bildirib.

"Hər iki etiraz aksiyası üçün mitinqlər davam edir. İndiyə qədər bütün əməliyyat zamanı 31 nəfər saxlanılıb", - deyə bildirilib.

Qeyd edilib ki, ümumilikdə heç bir ciddi hadisə qeydə alınmayıb.

Qeyd edək ki, mayın 16-da Londonda "Unite the Kingdom" ("Krallığı birləşdirin") şüarı altında vətənpərvərlik yürüşü və Fələstinə dəstək yürüşü keçirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: London   Aksiya  


Bizi "telegram"da izləyin