Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
Qətər Xarici İşlər Nazirliyinin bazar ertəsi yaydığı açıqlamaya görə, tərəflər İran və ABŞ arasında atəşkəsi, həmçinin “gərginliyin azaldılmasına yönəlmiş səyləri” müzakirə ediblər.
“Bütün tərəflər davam edən vasitəçilik səylərinə müsbət cavab verməlidir. Bu səylər böhranın əsas səbəblərinin sülh yolu və dialoq vasitəsilə aradan qaldırılmasına şərait yaradacaq ki, nəticədə eskalasiyanın yenidən başlanmasının qarşısını alacaq sabit razılaşma əldə olunsun”, - deyə Qətərin Baş naziri qeyd edib.
Sevinc Əliyeva
Ordu.az