Ordu.az xəbər verir ki, Məhəmməd Möhbər “X” sosial şəbəkəsində paylaşım edərək Fars körfəzi regionunda baş verən son siyasi hadisələrə münasibət bildirib.
“İran uzun illər onları dost və qardaş hesab edib. Lakin onlar əvvəlcədən öz müstəqilliklərini sataraq hətta torpaqlarını və evlərini Fələstin və İranın düşmənlərinə təqdim ediblər”, - deyə o qeyd edib.
Möhbər bildirib ki, “İslam Respublikasının son müharibə zamanı CENTCOM tərəfindən istifadə olunan bazalara cavabı tam olmayıb”.
“Lakin bu təmkinli davranış, şübhəsiz ki, əbədi davam etməyəcək”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az