Ordu.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu” məlumat yayıb.
Məlumata görə, hadisə Taşir genişləndirilmiş icmasının iki yaşayış məntəqəsində, Merdzavan və Noraşen kəndlərində baş verib. Həmin ərazilərdə əslən lorili olan Ermənistan müdafiə naziri Suren Papikyan təşviqat aparırdı.
Videolardan birində bir qrup insanın “Vətəndaş Müqaviləsi” partiyasının avtomobil karvanını “Samvel, baş nazir” şüarları və mahnı ilə qarşıladığı görünür. “Güclü Ermənistan”ın rəhbəri Samvel Karapetyan Taşirdəndir.
Qeyd edək ki, Papikyanın yayımladığı videoda onun polis əməkdaşlarına “xuliqanları qaydaya çağırmaq” göstərişi verdiyi görünür.
Alpər Mövludoğlu
Ordu.az