Mirzoyanın müavini: “Regionumuzda sülh və sabitlik Ermənistanın prioritetləri sırasında qalır”

2026/05/1778948737.jpg
Oxunub: 419     20:25     16 May 2026    
Mayın 15-də Kişinyovda vxarici işlər nazirinin müavini Robert Abisoğomonyan Avropa Şurası Nazirlər Komitəsinin 135-ci sessiyasında iştirak edib və çıxış edib.

Ordu.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi nazir müavininin çıxışını yayımlayıb.

“Regionumuzda sülh və sabitlik Ermənistanın prioritetləri sırasında qalmaqda davam edir. Bu kontekstdə Nazirlər Komitəsinin 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş görüşdən sonra regionumuzda bərqərar olan sülhü tanımasını alqışlayır və onun daha da möhkəmləndirilməsini, institusionallaşdırılmasını vacib hesab edirik.

Bu proses etimadın qurulmasına yönəlmiş davamlı səylər tələb edir. Buraya humanitar məsələlərin həlli, regional nəqliyyat əlaqələrinin təmin olunması, dialoqun təşviqi və regionda proqnozlaşdırıla bilən, davamlı sabitliyin yaradılması daxildir”, - deyə Abisoğomonyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Abisoğomonyan  


Bizi "telegram"da izləyin