Ordu.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Tədarük çərçivəsində T-90M, T-80BVM və T-72B3M əsas döyüş tanklarının yer aldığı bildirilib. Şirkətin açıqlamasında tankların əlavə qoruyucu qurğularla təchiz edildiyi qeyd olunub. Lakin təhvil verilən maşınların sayına dair məlumat paylaşılmayıb.
Təhvil verilən üç tank modeli Sovet dövründən qalan platformaların dərin modernləşdirilmiş versiyaları kimi ön plana çıxır. Bildirilir ki, maşınların hamısında 125 millimetrlik yivsiz top mövcuddur, lakin reaktiv zireh yerləşməsi və istifadə olunan sistemlər baxımından bir-birindən fərqlənirlər.
T-90M ən qabaqcıl variant kimi önə çıxır
Rusiyada T-90M modeli T-72/T-90 tank ailəsi əsasında hazırlanmış ən müasir və ən bahalı versiya hesab olunur. Platformanın eyni zamanda ən geniş modernləşdirmə paketinə sahib olduğu və yeni qaynaqlanmış qüllə dizaynı ilə diqqət çəkdiyi bildirilir.
Tankın önə çıxan xüsusiyyətlərindən biri də qüllə üzərinə yerləşdirilən uzaqdan idarə olunan silah sistemidir. Bu sistem sayəsində pulemyot ekipajın zirehdən kənara çıxmasına ehtiyac qalmadan istifadə oluna bilir.
Ukrayna müharibəsində itkilər verilib
Rusiya-Ukrayna müharibəsində Ukrayna qüvvələrinin sözügedən üç tank modelini də məhv etdiyi məlumdur. İlk T-90M tankının 2022-ci ildə vurularaq sıradan çıxarıldığı bildirilir.
Bununla yanaşı, Ukrayna bölmələrinin Xarkov bölgəsində salamat vəziyyətdə bir T-90M “Proryv” tankını ələ keçirdiyi də daha əvvəl ictimaiyyətə açıqlanmışdı.
Sevinc Əliyeva
Ordu.az