Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Məlumata görə, o, digər rəsmilərlə birlikdə rüşvət almaqda və “Sinaloa” kartelinə ABŞ-yə böyük həcmdə narkotik vasitələrin daşınmasında yardım göstərməkdə ittiham olunur.
66 yaşlı Xerardo Merida Sançes Manhettendə federal məhkəmədə ilk dinləmə zamanı ittihamı qəbul etməyə və ya rədd etməyə məcbur edilməyib.
O saxlanılsa da, daha sonra girov müqabilində azadlığa buraxılması ilə bağlı vəsatət təqdim edib. Onun növbəti məhkəmə iclası iyunun 1-nə təyin olunub.
Bildirilir ki, ötən ay ABŞ-də Sinaloa ştatının hökumət və hüquq-mühafizə orqanlarının fəaliyyətdə olan və keçmiş 10 əməkdaşına qarşı ittiham irəli sürülüb və məhkəmə qarşısına çıxarılan ilk şəxs məhz Merida Sançes olub.
O, narkotik vasitələrin idxalı məqsədilə sui-qəsd, avtomat silahlar və partlayıcı qurğuların saxlanılması, eləcə də bu silah və qurğulara sahib olmaq məqsədilə sui-qəsddə ittiham edilir.
Əgər təqsirli bilinərsə, onu 40 ildən ömürlük həbs cəzasına qədər cəza gözləyir.
Digər ittiham olunanlar arasında ştat qubernatoru Ruben Roça Moya və Sinaloa ştatının paytaxtı Kuliakan şəhərinin meri Xuan de Dios Qames Mendivil də var.
Onlar ittihamlarla bağlı məsələlərin araşdırılması üçün müvəqqəti məzuniyyətə çıxdıqlarını bildiriblər. Hələlik onların saxlanılmadığı qeyd olunur.
Meksikanın Təhlükəsizlik Kabineti sosial şəbəkələrdə açıqlayıb ki, Merida Sançes bazar ertəsi Sonora ştatının Hermosilyo şəhərindən ABŞ-yə daxil olub və Arizona ştatının Noqales sərhəd-keçid məntəqəsində ABŞ Federal Marşallar Xidməti tərəfindən saxlanılıb.
Sevinc Əliyeva
Ordu.az