Ərdoğan: “Türkiyə ABŞ ilə F-35 “Lightning II” qırıcılarının alınması üzrə danışıqları davam etdirir”

2026/05/1778513933.jpg
Oxunub: 461     18:34     16 May 2026    
“Türkiyə ABŞ ilə F-35 “Lightning II” qırıcılarının alınması üzrə danışıqları davam etdirir”.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

Ərdoğanın sözlərinə görə, Ankara bu məsələdə müsbət nəticənin əldə olunacağına ümid edir.

“F-35 ilə bağlı tələblərimiz aydındır. Tərəfdaşlarımız amerikalı həmkarları ilə sıx əlaqələri davam etdirirlər. Ümid edirik ki, müsbət nəticə əldə olunacaq”, - deyə o bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, Türkiyənin beşinci nəsil KAAN qırıcıları bu sahədə ölkə üçün ilk mühüm addım ola bilər.

“KAAN layihəmiz gündən-günə irəliləyir. Bu proses başa çatdıqda, bu sahədə yeni tarix başlayacaq. KAAN bizim üçün ilk addımdır. Daha yaxşı və daha güclü məhsullar yaradacağıq və bunu davam etdirəcəyik. Buna heç kimin şübhəsi olmamalıdır. Təkcə KAAN deyil, müdafiə sənayemizin bir çox digər məhsulları da bütün dünyanın diqqətini uğurla cəlb edir”, - deyə Ərdoğan vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Türkiyə   F-35  


Bizi "telegram"da izləyin