Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
İran DİN-in mətbuat katibi Əli Zeynivənd bildirib ki, bəzi məhsulların qiymət artımı heyrətamiz səviyyədədir və bunu inkar etmək mümkün deyil.
“Mən hər şeyi müharibənin üzərinə atmaq istəmirəm. Bu, qismən bizim çıxışlarımızla da bağlı ola bilər”, - deyə o qeyd edib.
Zeynivəndin sözlərinə görə, hakimiyyət qiymətlərə nəzarət etməyin mümkün olduğu sahələri müəyyənləşdirib və burada problemlərin münaqişə ilə bağlı olmadığı qənaətinə gəlib.
O bildirib ki, bu problemlər arasında ehtiyat yığılması, təklif çatışmazlığı və əsassız qiymət artımı yer alır.
Rəsmi əlavə edib ki, bazarın tənzimlənməsi üzrə hökumət qərargahı bu məsələlərə xüsusi diqqət ayırır.
Nazirlik nümayəndəsi qeyd edib ki, hökumət subsidiyaların həcmini yenidən nəzərdən keçirir və cəmiyyətə təzyiqi azaltmaq üçün onları artırmaq niyyətindədir.
Sevinc Əliyeva
Ordu.az