İran Hörmüz boğazında gəmi hərəkətinin idarə olunması mexanizmini hazırlayıb

2026/03/1773466996.jpg
Oxunub: 668     16:54     16 May 2026    
İran Hörmüz boğazından keçən gəmilərin hərəkətinin müəyyən marşrut üzrə idarə olunmasına dair mexanizm hazırlayıb və bu mexanizmin yaxın vaxtlarda təqdim ediləcəyi bildirilib.

Ordu.az xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Ebrahim Əzizi “Reuters” agentliyinə açıqlamasında deyib.

Əzizi bildirib ki, bu razılaşmadan yalnız ticarət gəmiləri və İranla əməkdaşlıq edən tərəflər faydalanacaq.

Onun sözlərinə görə, bu mexanizm çərçivəsində göstərilən ixtisaslaşmış xidmətlərə görə ödəniş alınacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Hörmüz  


Bizi "telegram"da izləyin