İraqda hakimiyyətin təhvil-təslimi baş tutub

2026/05/1778936003.jpg
Oxunub: 367     15:26     16 May 2026    
İraqda hakimiyyət yeni Baş nazirə təhvil verilib.

Ordu.az bu barədə xarici mediaya istinadən xəbər verir.

İraq hökumətinin mətbuat xidməti bildirib ki, yeni Baş nazir Əli əl-Zaidi andiçmədən sonra rəsmi olaraq hökumət başçısı və ölkənin Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsinin icrasına başlayıb.

Səlahiyyətlərin təhvil-təslimi mərasimində keçmiş Baş nazir Şiya əs-Sudani də iştirak edib.

Qeyd edək ki, buna qədər İraqda kifayət qədər uğurlu biznesmen olan 40 yaşlı əl-Zaidi ölkəsinin ən gənc baş naziri hesab olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   Hakimiyyət  


Bizi "telegram"da izləyin