Anaklaudia Rossbax: "Azərbaycan WUF13-ün keçirilməsi üçün müstəsna işlər görüb"

2026/05/1778935767.jpg
Oxunub: 412     16:29     16 May 2026    
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq üzrə gördüyü müstəsna işləri qeyd edib.

Ordu.az xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməyimdən məmnun oldum. Biz Forumun yüksək səviyyədə təşkilini və WUF13-dən sonrakı əməkdaşlıq da daxil olmaqla möhkəm tərəfdaşlığımızı müzakirə etdik", - o yazıb.

Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rossbax  


Bizi "telegram"da izləyin