Ordu.az xəbər verir ki, nazir bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Əl-Məzruinin sözlərinə görə, qərar milli istehsal siyasəti və gələcək potensialın hərtərəfli qiymətləndirilməsindən sonra qəbul olunub.
“Bu qərar yalnız BƏƏ-nin milli maraqları, onun etibarlı enerji təchizatçısı rolu və bazar sabitliyinə sadiqliyi ilə diktə olunur”, - deyə o bildirib.
Nazir vurğulayıb ki, bu addım siyasi motivlərdən qaynaqlanmır və BƏƏ ilə tərəfdaşları arasında hər hansı fikir ayrılığını əks etdirmir.
“BƏƏ-nin qərarları suveren, strateji və milli maraqlara əsaslanır, xaricdən gələn spekulyasiyalara yox”, - deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, Birləşmiş Ərəb Əmirlikləri 2026-cı il mayın 1-dən etibarən OPEC və OPEC+dan çıxmaq qərarı qəbul edib.
Sevinc Əliyeva
Ordu.az