İsrail Qəzzada HƏMAS-ın hərbi qanad rəhbərinin öldürüldüyünü açıqlayıb

2026/05/1778934593.jpg
Oxunub: 431     16:28     16 May 2026    
İsrail ordusu Qəzzada HƏMAS qruplaşmasının hərbi qanadının rəhbəri İzzəddin əl-Həddadın öldürüldüyünü bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail ordusunun yaydığı açıqlamada bildirilib.

Məlumata görə, qruplaşmanın üzvü cümə günü Qəzza şəhərinə endirilən zərbə zamanı öldürülüb.

HƏMAS daha sonra əl-Həddadın öldürüldüyünü təsdiqləyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza   HƏMAS  


Bizi "telegram"da izləyin