Rusiya XİN rəhbərinin müavini Lavrov və Rubionun təmaslarının nədən asılı olduğunu açıqlayıb

2024/12/1733375297.jpg
Oxunub: 421     16:24     16 May 2026    
“Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ dövlət katibi Marko Rubio arasında təmasların intensivliyi əsas məsələlərdə əldə olunan irəliləyişdən asılıdır”.

Ordu.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə açıqlamasında deyib.

“Nazir və dövlət katibi öz status və mövqelərinə uyğun olaraq ən vacib, əsas və strateji məsələləri müzakirə edirlər. Bu müzakirələrin tezliyi həm də irəliləyişin olub-olmamasından asılıdır.

İrəliləyiş məsələsində vəziyyət ağır və mürəkkəbdir. Amma əks asılılıq da mövcuddur, irəliləyiş təmasların nəticəsidir. Burada qarşılıqlı balans var.

Düşünürəm ki, təmasların bu və ya digər tezliklə keçirilməsində gizli məna axtarmağa ehtiyac yoxdur. Əsas odur ki, proses irəliləsin. Bu məsələdə isə müəyyən problemlər mövcuddur”, - deyə Ryabkov bildirib.

Lavrov və Rubionun son telefon danışığı mayın 5-də baş tutub. Tərəflər həmin danışıq zamanı beynəlxalq məsələləri, Rusiya-ABŞ münasibətlərini və ikitərəfli təmasların gündəliyini müzakirə ediblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Lavrov   Rubio  


Bizi "telegram"da izləyin