Erməni sakin Paşinyanın xəritəsini götürməkdən imtina edib

2026/05/1778934404.jpg
Oxunub: 468     16:23     16 May 2026    
“Vətəndaş Müqaviləsi” partiyasının baş nazirliyə namizədi Nikol Paşinyanın İrəvanın mərkəzində keçirdiyi təşviqat kampaniyası zamanı erməni sakinlərdən biri onun təqdim etdiyi xəritəni götürməkdən imtina edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, Paşinyanı kampaniya zamanı İrəvan meri Tiqran Avinyan müşayiət edib.

Yayılan kadrlardan görünür ki, bəzi erməni sakinlər Paşinyanın hədiyyə etdiyi xəritəni qəbul etməyiblər.

“Yarımçıq Ermənistan xəritəsi mənə lazım deyil”, - deyə erməni sakin bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin