Ordu.az xəbər verir ki, bu barədə “Wafa” agentliyi Qəzza Səhiyyə Nazirliyinin məlumatlarına istinadən xəbər yayıb.
Məlumata görə, son sutka ərzində Qəzza zolağındakı xəstəxanalara 13 meyit gətirilib. Onlardan biri əvvəllər aldığı yaralardan həyatını itirib. Bundan əlavə, 57 yaralı qeydə alınıb.
Nazirliyin məlumatına əsasən, ötən ilin oktyabrın 11-də elan edilən atəşkəsdən sonra İsrail hücumları nəticəsində ölənlərin sayı 870 nəfərə, yaralananların sayı isə 2543 nəfərə çatıb.
Ümumilikdə bu müddət ərzində 771 meyit aşkar edilib. Tibb xidmətlərinin nümayəndələri bildiriblər ki, çoxlu sayda zərərçəkən hələ də dağıntılar altında və yollarda qalır. Təcili yardım və xilasedici qruplar onlara yardım göstərməkdə ciddi çətinliklərlə üzləşirlər.
Rəsmilər həmçinin binanın çökməsi nəticəsində daha bir fələstinlinin öldüyünü açıqlayıblar. Bununla da həmin hadisə nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.
Sevinc Əliyeva
Ordu.az