Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi İraqın yeni təyin olunmuş neft naziri Basim Mohammedin mətbuat konfransında verdiyi açıqlamaya istinadən məlumat yayıb.
Nazirin sözlərinə görə, İranla müharibədən əvvəl bu göstərici aylıq təxminən 93 milyon barel təşkil edirdi.
Müharibə səbəbindən boğazın bağlanması neft ixracının həcminin azalmasına gətirib çıxarıb ki, bu da öz növbəsində qiymətlərdə kəskin artıma səbəb olub.
Ceyhan neft kəməri Bağdad və Kürdüstan Regional Hökuməti arasında tədarükün bərpası ilə bağlı razılıq əldə olunduqdan sonra mart ayında fəaliyyətini yenidən bərpa edib.
“Məhz Ceyhan limanı vasitəsilə gündəlik 200 min barel neft ixrac edirik və bu göstəricini 500 min barelə çatdırmağı planlaşdırırıq”, - deyə Məhəmməd bildirib.
Nazir əlavə edib ki, İraq ölkənin hasilat və ixrac potensialını genişləndirmək məqsədilə OPEC ilə əməkdaşlıq etməyi planlaşdırır. Bağdad gündəlik neft hasilatını 5 milyon barelə çatdırmağa çalışır.
Sevinc Əliyeva
Ordu.az