Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Hayastan” blokunun üzvü Artur Xaçatryan sosial şəbəkə hesabında yazıb.
“2026-cı ildə keçiriləcək parlament seçkiləri öncəsi Ermənistana qarşı aparılan “hibrid” müharibədə qalib gəlmək üçün Avropa İttifaqı tərəfindən ayrılmış və ya ayrılacaq 12 milyon avronun konkret hansı məqsədlərə xərcləndiyi ilə bağlı ətraflı məlumat almaq üçün aprelin 30-u hökumətə sorğu göndərmişdim.
Xarici İşlər Nazirliyindən cavab aldım: MƏLUMATIMIZ YOXDUR. Vəsaitin bir hissəsi Mərkəzi Seçki Komissiyasına, qalan hissəsi isə QHT-lərə, müstəqil jurnalistlərə və sair qurumlara ayrılıb.
Belə çıxır ki, Ermənistan Avropadan “2026-cı ildə keçiriləcək parlament seçkiləri öncəsi müşahidə olunan hibrid təhdidlərə qarşı mübarizə aparmaq üçün” pul istəyir. Avropalılar da məmnuniyyətlə həmin vəsaiti ayırırlar. Amma kimə, nə qədər və hansı məqsədlə verildiyini hökumət bilmir və bununla maraqlanmır.
Məgər bilmək istəmirsiniz ki, Ermənistanda hibrid müharibəyə qarşı kimlər və necə mübarizə aparır?” - deyə Xaçatryan bildirib.
Alpər Mövludoğlu
Ordu.az