Ordu.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə açıqlamasında deyib.
“Təsəvvürlər, illüziyalar və xəyallar dünyasında yaşayan insanlar deyilik. Biz hərbi təhlükəsizlik və öz maraqlarımızın təmin olunması ilə məşğul olan məsuliyyətli insanlarıq ki, xalqımız əmin olsun, onu heç nə təhdid etmir. Rusiyaya qarşı qələbə haqqında düşünənlərin beynində elə bir fikir yaranmasın ki, indi öz güclərini sınamaq zamanıdır. Onlar layiqli cavablarını alacaqlar. Heç bir “çətir” onları xilas etməyəcək”, - deyə rus diplomat bildirib.
Sevinc Əliyeva
Ordu.az