Ordu.az xəbər verir ki, bu barədə AFP təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb.
AFP müxbirinin eşitdiyi üç partlayış yeni seçilmiş baş nazir Əli əl-Zaydinin rəhbərlik etdiyi hökumətin formalaşdırılmasını simvolizə edib.
İlk partlayışlardan sonra təhlükəsizlik xidmətinin nümayəndəsi xəbərdarlıq edib ki, Zaydinin vəzifəyə başlaması münasibətilə artilleriya atəşləri davam edəcək.
İraq parlamenti cümə axşamı Əli əl-Zaydinin rəhbərlik etdiyi yeni hökuməti təsdiqləyib. O, aylarla davam edən siyasi böhran və ABŞ-nin artan təzyiqlərindən sonra vəzifəsinin icrasına başlayıb.
Əli əl-Zaydinin hökuməti 23 nazirdən ibarət olmalıdır. Lakin aparıcı siyasi partiyalar bir neçə nazir postu ilə bağlı danışıqları davam etdirdiyindən Nazirlər Kabinetinin tərkibi hələ tam formalaşmayıb.
İraq Yaxın Şərqdə 2026-cı il fevralın 28-dən etibarən İranın İsrail və ABŞ tərəfindən birgə hücumlara məruz qalmasından sonra başlayan müharibəyə cəlb olunub. Müharibə dövründə Bağdadda tez-tez partlayışlar baş verib. Bu partlayışlar əsasən ciddi mühafizə olunan “Yaşıl Zona”da yerləşən ABŞ səfirliyinə qarşı iranpərəst qüvvələrin raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlarla əlaqəli olub.
Sevinc Əliyeva
Ordu.az