10 övladlı ailənin Xocalıya qayıdışı: doğma ocaqda yeni həyat başlayır

2026/05/Ekran-1778929336.jpg
Oxunub: 347     14:34     16 May 2026    
Xocalı rayonunda Böyük Qayıdış prosesi çərçivəsində doğma yurda qayıdan ailələr arasında 10 övladlı gənc ailənin köçü xüsusi diqqət çəkib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Ordu.az-a verilən məlumata görə, Xocalı sakini, keçmiş məcburi köçkün, 1981-ci il təvəllüdlü Anar Buludxanov 12 nəfərdən ibarət ailəsi ilə birlikdə rayonun Təzə Binə kəndində yeni bərpa olunmuş evinə köçür.

Məlumata görə, uzun illər doğma torpaqlarından ayrı düşən Buludxanovlar ailəsi bu günü böyük sevinc və qürur hissi ilə qarşılayıb. İllərlə həsrətində olduqları ata-baba yurduna qovuşan ailə artıq yeni həyatına öz doğma ocağında başlayır. Xüsusilə ailənin 10 övladının doğma Xocalı torpağında böyüyəcək olması hər kəsdə böyük duyğular yaradıb.

Anar Buludxanov bildirib ki, illərlə bu günü arzulayıblar və bu gün arzuları gerçəyə çevrilib. O qeyd edib ki, övladlarının doğma torpaqda təhlükəsiz, firavan və xoşbəxt həyat yaşaması onlar üçün ən böyük sevincdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xocalı   Qayıdış  


Bizi "telegram"da izləyin