Səudiyyə Ərəbistanı nümayəndə heyəti WUF13-də iştirak üçün Azərbaycana gəlib - FOTO

2026/05/1778923009.jpg
Oxunub: 368     12:51     16 May 2026    
Səudiyyə Ərəbistanının bələdiyyələr və mənzil naziri Məcid bin Abdullah əl-Hogailinin rəhbərlik etdiyi nümayəndə heyəti Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak üçün Azərbaycana gəlib.

Ordu.az xəbər verir ki, Azərbaycan Baş nazirinin müavini, Azərbaycan və Səudiyyə Ərəbistanı Birgə hökumətlərarası Komissiyanın həmsədri Samir Şərifov mayın 16-da Səudiyyə Ərəbistanından olan nümayəndə heyəti ilə görüşüb.

Görüşdə WUF13-ün Bakıda keçirilməsindən və Səudiyyə Ərəbistanının forumda iştirakından məmnunluq ifadə olunub.

İki ölkə arasında iqtisadi əməkdaşlığın hazırkı vəziyyətinin qənaətbəxş olduğu qeyd edilib.

Müasir şəhərsalmaya dair məsələlər və Azərbaycanla Səudiyyə Ərəbistanı arasında iqtisadi münasibətlərin perspektivinə dair fikir mübadiləsi aparılıb.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə-Ərəbistanı   Azərbaycan   WUF13  


Bizi "telegram"da izləyin