FT: Mark Rutte Avropa şirkətləri ilə hərbi istehsalın artırılmasını müzakirə edəcək

2026/04/1776522933.jpg
Oxunub: 412     12:19     16 May 2026    
NATO-nun Baş katibi Mark Rutte müdafiə sektorunda fəaliyyət göstərən Avropa şirkətlərinin nümayəndələri ilə görüş planlaşdırır.

Ordu.az-ın məlumatına görə, bu barədə "Financial Times" (FT) mayın 16-da mənbələrə istinadən xəbər verib.

Bildirilib ki, görüşün məqsədi onları bu sahəyə investisiyaları və məhsulların istehsal həcmini artırmağa çağırmaqdır.

Qəzetin məlumatına görə, görüş gələn həftə Brüsseldə keçiriləcək.

Görüşdə Almaniyanın "Rheinmetall", Fransanın "Safran", "Airbus", İsveçin "Saab", Avropanın MBDA və İtaliyanın "Leonardo" şirkətlərinin nümayəndələrinin iştirak edəcəyi gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rutte   NATO  


Bizi "telegram"da izləyin