İrəvanın mərkəzində növbəti dəfə atışma baş verib

2026/05/1778919855.jpg
Oxunub: 362     12:21     16 May 2026    
Bu gecə İrəvanın mərkəzində silahlı insident baş verib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, gecə saat 01:50 radələrində Parpetsi küçəsində mübahisə zamanı atəş səslərinin eşidildiyi barədə məlumat daxil olub.

Qeyd edilir ki, hadisə yerində aparılan araşdırma nəticəsində məlumatların doğru olduğu müəyyən edilib.

Bildirilir ki, hazırda polis əməkdaşları dava və atışma nəticəsində yaralanan və ya zərərçəkən şəxslərin olub-olmadığını araşdırırlar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrəvan   Atışma  


Bizi "telegram"da izləyin